AZ

COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

Image

Təbriz Musayev: “Qərb müxtəlif vasitələrlə təzyiq edir ki, ermənilər Qarabağa qayıtsınlar”

Prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev X platformasındakı hesabında senator Ed Markın COP29-da və Bakıdan qayıtdıqdan sonrakı çıxışlarına cavab verib. Hacıyevin sözlərinə görə, senator öz səfərinin nəticələrini erməni lobbisinin eşitmək istədiklərinə uyğun şəkildə təqdim edib. 

Qeyd edib ki, onlar arasında ABŞ Konqresinin 907-ci Düzəlişi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə 30 il boyunca verilən dəstək var.

Prezident müşaviri onu da bəyan edib ki, Qarabağ erməniləri yalnız qarşılıqlı əsasda qayıda bilər: “Qarabağ erməniləri vətəndaşlıq almaq üçün yalnız fərdi qaydada ərizə verə bilərlər və onların qayıtması Azərbaycan qanunlarına uyğun olaraq nəzərdən keçiriləcək. Lakin bu, yalnız qarşılıqlı əsaslarla və Ermənistandan sürgün edilmiş yerli azərbaycanlı əhalinin qayıtmaq hüququnun tanınması ilə paralel olaraq baş verə bilər”.

“Ən azından, nə qədər erməni qayıdacaqsa, o qədər azərbaycanlı Qərbi Azərbaycana qayıtmalıdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, H.Hacıyevin arqumentləri tamamilə əsaslıdır: “Qarabağdakı etnik ermənilərə ayrıca hüquq tanına bilməz. Qərb müxtəlif vasitələrlə təzyiq edir ki, ermənilər Qarabağa qayıtsınlar. Əvvəla, Azərbaycan Qarabağ ermənilərini zorla oradan çıxarmayıb. Onlar uzun illər separatçılarla bir yerdə olublar. Bir günlük antiterror əməliyyatlarından sonra etnik ermənilər könüllü olaraq Qarabağı tərk ediblər. İndi də Azərbaycanın şərtləri sadə və aydındır. Birincisi, Qarabağa qayıtmaq istəyən etnik ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidilər. Bununla bağlı müraciət forması məlumdur. İkincisi, ermənilərin qayıtması ilə eyni vaxtda Qərbi Azərbaycanı tərk edən soydaşlarımız öz dədə-baba yurdlarına geri qayıtmalıdılar. Ən azından, nə qədər erməni Qarabağa qayıdacaqsa, o qədər azərbaycanlı Qərbi Azərbaycana qayıtmalıdır. Ermənistanda azərbaycanlıların yaşadığı kəndlərin hardasa 90 faizi boşdur. Üstəlik, əgər 90-cı illərin əvvəllərində Ermənistan əhalisi 3,5 milyon nəfər idisə, indi onların sayı heç 3 milyon da deyil. Ermənistanda demoqrafık göstəricilər müsbətə doğru dəyişmir, əksinə, mənfiyə doğru getməkdədir. Çünki ermənilər aborigen xalq deyil. Ermənilər ordan-burdan məqsədli şəkildə Qərbi Azərbaycana köçürülüblər. Təəssüf doğuran məqam odur ki, Qarabağ ermənilərinin geri qayıtması üçün min oyundan çıxan Qərb Ermənistandan deportasiya edilən azərbaycanlıların pozulan hüquqlarını görməzdən gəlir. Ona görə əsla təzyiqlər qarşısında Azərbaycan öz haqlı tələblərindən geri addım atmamalıdır. Bu baxımdan Prezident köməkçisi H.Hacıyevin sərgilədiyi qətiyyətli mövqeyi dəstəkləyirəm”.

Vidadi ORDAHALLI





Seçilən
19
baki-xeber.com

1Mənbələr