AZ

Taksidən istifadə edənlərin sayı azalıb - RƏSMİ

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 495,7 milyon sərnişin daşınıb. 

Avtosfer.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə 9,5 faiz çoxdur. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 10,8 faiz artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə taksidən istifadə edənlərin sayı azalıb. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 1 milyard 366,3 milyon adam daşınıb ki, bunun da 94,6 faizi avtobusdan, 5,4 faizi taksidən istifadə edib. Yəni, taksidən istifadə edənlərin sayı son bir ildə 0,7 faiz azalıb.

Seçilən
7
1
avtosfer.az

2Mənbələr