AZ

Deputat metro keçidləri ilə bağlı təhrif olunan fikirlərinə düzəliş etdi: ”Sahibkarlara qarşı narazılıq yaratmaq doğru deyil”

“Dediyim fikirlər təhrif olunub. Mənim metro keçidəri ilə bağlı son açıqlamam təkcə 20 Yanvar metrostansiyasına aid deyil. Bu, həm də “Nizami”, “28 May” və digər metrostansiyalarındakı keçidlərdəki vəziyyətlə bağlıdır. Bütün metro keçidərində insanların gediş-gəlişinə mane olan hansısa ticarət obyektləri varsa, onların hər biri haqqında müəyyən tədbirlər görülməlidir. Qayda-qanun, nizam-intizam, insanların rahatlığı hər bir kəs tərəfindən qorunmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Millət vəkili hər kəs tərəfindən qanunlara əməl olunmasının vacibliyinə toxunub:

“İnsanlar belə vəziyyətlər barədə narazılıqlarını bildirirlər və öz tələblərində haqlıdırlar. Ancaq sahibkarların da vəziyyəti nəzərə alınmalıdır. Onlar üçün lazımı yerlərdə şərait yaradılmalıdır. Sahibkarlara qarşı narazılıq yaratmaq doğru deyil. İnsanlar öz çörək pullarını çıxarmaqdan ötrü mütləq xırda sahibkarlıqla məşğul olmalıdırlar. Amma bu sahədə qanunun tələblərini mütləq yerinə yetirməlidirlər”.

Qeyd edək ki, bir neçə aydır metronun “20 Yanvar” stansiyasının keçidində fəaliyyət göstərən onlarla ticarət obyektləri səbəbsiz yerə dayandırılıb. Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar bunun səbəbini COP29-la bağlı əlaqələndirsə də, ancaq paytaxtın ən çox turist ziyarət etdiyi ərazilərdə, o cümlədən  “5 Mərtəbə” və “28 May” keçidlərində ticarət fəaliyyəti davam etdirilir.

Seçilən
11
5
moderator.az

6Mənbələr