AZ

Ulyanov: Fransa və Böyük Britaniya Rusiyaya hücumlarda Ukraynaya kömək üçün pul ödəyəcəklər

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, Fransa və Böyük Britaniya Ukraynaya Rusiya ərazisinə raket zərbələri endirməkdə köməklik göstərəcək.

O, bu barədə “Al Mayadeen” telekanalına verdiyi şərhdə bildirib.

“Fransa və Böyük Britaniya yüksək dəqiqlikli raketlərdən istifadə etməklə Ukraynaya kömək etmək qərarına gəliblər və bunun əvəzini ödəyəcəklər”, – TASS onun sözlərindən sitat gətirir.

Ulyanov əlavə edib ki, Rusiya zərbələrə cavab verəcək və zərbə qərarını kim veribsə, bunun mənfi nəticələrini tam bilir.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Qərb ölkələrinin hərəkətləri Ukraynada münaqişənin gərginləşməsi üçün istənilən varianta gətirib çıxara bilər.

DOĞRU.AZ

Seçilən
27
dogru.az

1Mənbələr