AZ

Filippinli nümayəndə: "İnkişaf etmiş ölkələrin belə davranışı təhqirdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Cənub hökumətlərimizin tələblərindən geri çəkilməməsi faktı bizi çox ruhlandırır. Əlbəttə ki, danışıqların istiqamətindən çox narahatıq, çünki əhəmiyyətli irəliləyiş əldə edə bilməmişik".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan, Qlobal Mandalay Kampaniyasının üzvü, filippinli Lidinida Nakpil deyib.
O qeyd edib ki, hələ də hökumətləri inkişaf etməkdə olan ölkələrin, cənub xalqlarının son tələblərinə sadiq qalmağa çağırırlar:
"Biz qəti şəkildə inanırıq ki, bu qədər pis, qəbuledilməz razılaşmadan imtina etmək daha yaxşıdır. İnkişaf etmiş ölkələrin belə davranışı zarafat deyil, dərin təhqirdir.
İnkişaf etmiş ölkələrin öhdəlikləri barədə qərarlar aydın və dəqiq olmalıdır, çünki bu, konvensiyada, Paris Sazişində var. Və biz iqlim problemlərinə qarşı mübarizənin maliyyələşdirilməsinin başqa növ maliyyələşmə ilə əvəzlənməsi cəhdinə yol verməyəcəyik".
Aygün Mirakif
Seçilən
20
oxu.az

1Mənbələr