AZ

Nara duz səpib yeməyin inanılmaz faydaları

Narın üzərinə duz töküb yeməyin inanılmaz faydası üzə çıxıb.

Ölkə.Az “haber 7”yə istinadla xəbər verir ki, mütəxəssislər onun suyunun güclü təbii dərman olduğunu xüsusilə vurğulayırlar.

Alternativ təbabətdə təbii antioksidant olaraq istifadə edilən nar Osmanlı saray mətbəxlərində ət yeməklərində və sultanların dəri baxımında tez-tez istifadə olunurdu.

Bəs duzlu narın faydaları nədir?

1. Duzlu nar bəlğəm və ya defekasiya yolu ilə virusu aradan qaldırmağa kömək edir;

2. Qida borusunu və bağırsaqları təmizləyir;

3. Duzlu nardan sonra su istehlakı da artdığı üçün xəstəlik dövründə böyrəklərin funksiyası dəstəklənir;

4. 2012-ci ildə aparılan araşdırma narın piylənmə riskini azaldan meyvələr arasında olduğunu üzə çıxarıb. Narın tərkibindəki antioksidantlar və polifenollar bədəndəki artıq piyləri yandırır;

5. Gündəlik kalori nisbətini tarazlıqda saxlayan narın həm köklüklə mübarizəyə kömək edir, həm də bədənin enerjisini artırır.

Narın sağlamlığa əhəmiyyətli faydaları var

- İltihab və qocalmanın təsirlərini azaldır;

- Müxtəlif araşdırmalarla sübut olunub ki, prostat vəzi, mədə xərçəngi, kolon, ağciyər və döş xərçənginə qarşı müsbət təsir göstərir;

- Damarları bağlayan "pis" xolesterini aşağı salmağa kömək edə bilər;

- Həzm pozğunluğuna qarşı da çox təsirlidir;

- Şişkinlik və qəbizlik problemlərinin qarşısını alaraq həzm sistemini sağlam saxlamağa kömək edir.

Billurə Yunus

Seçilən
26
3
hurriyyet.az

4Mənbələr