AZ

Merkel Zelenskidənşikayətlənib

Almaniyanın keçmiş kansleri Angela Merkel hesab edir ki, Ukrayna prezidenti Volodimir Zelenski 2008-ci il NATO sammitində Ukraynanın alyansa üzvlük məsələsində Berlinin mənfi mövqeyinə görə onu günah keçisi edir.

Bu barədə “Spiegel” ə müsahibəsində siyasətçinin özü bildirib.

Merkel, Rusiya-Ukrayna münaqişəsi üçün günah keçisi edildiyini hiss edib-etmədiyini soruşduqda, "Bu, sadəcə hiss deyil, bu, belədir",- deyə qeyd edib.

O xatırladıb ki, 2022-ci ildə Kiyev rejiminin başçısı Almaniya və Fransanın yuxarıda qeyd olunan sammitdəki mövqeyinin Ukraynanın NATO-ya üzv olmasına imkan vermədiyinə və nəticədə Rusiya ilə münaqişəyə gətirib çıxardığına eyham vurub.

Seçilən
31
aznews.az

1Mənbələr