AZ

Azərbaycanda sabiq korpus komandiri vəfat etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.
"Qafqazinfo"nun məlumatına görə, o, 56 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.
Ç.Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il "Judo Club 2012" idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.
Seçilən
8
50
oxu.az

10Mənbələr