AZ

TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”

“Nüvə müharibəsi riski var, bu, artıq zarafat deyil”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Hakan Fidan bir qrup jurnalistə eksklüzv müsahibəsində deyib.

Nazir "Qlobal müharibə başlayıbmı?""Nüvə müharibəsi təhlükəsini nə dərəcədə real hesab edirsiniz?" suallarına cavab olaraq bildirib ki, bir neçə gün əvvəl Rusiya lideri Putinin xalqa müraciətində dilə gətirdiyi xəbərdarlıqlar artıq bu savaşın başlanma astanasında olduğunu göstərir.

Nazirin sözlərinə görə, Ukrayna və Qəzzada davam edən müharibələrdə "fay xətləri" artıq böyük çat verib, dərinləşib, dünyada müəyyən aktyorları bir araya gətirən qütbləşməni artırıb: "Ona görə də indi müəyyən qanadlar bir-birini yaxından izləməyə başlayıb. Baxın, Şimali Koreyanın dünyanın o biri tərəfindən əsgərlərini döyüşə göndərərək aktiv bir aktora çevrildiyini görürük. Amerikanın əvvəldən Avropaya göndərdiyi silahlar açıq şəkildə böyük müharibənin tərəfdarı olduqlarını ortaya qoyub. Hazırda dünya gərgin iqtisadi, siyasi və qaynar bir müharibə içindədir. Sözün həqiqi mənasında dünya savaşı başlayıb. Müəyyən yerlərdə iqtisadi və siyasi müharibənin qaynar müharibəyə çevrilməməsi üçün var güclə çalışan ölkələr də var. Ancaq istər Rusiya, istərsə də Qərb - hər iki tərəf əlini gücləndirərək riski böyüdürlər.

Hesab edirəm ki, ABŞ-da Bayden iqtidarı, yəni, demokratlar seçki təzyiqi olmadan müəyyən məsələlərlə bağlı atmaq istədikləri addımları indi atırlar. Burada Ukrayna və İsraillə bağlı atılan addımları görürük. Burada nüvə riski varmı? Açığı, nüvə adı danışılmağa başladığı andan nüvə riski yaranır. Putin nə deyir? Deyir ki, “Əgər mənim ərazimə dözə biləcəyimdən daha çox raket və hücumlar etsəniz və əlimdə olan müdafiəı sistemləri ilə bunu dayandırmaq mümkün olmasa, nüvə silahından istifadə edəcəm. Başqa o silah nə üçün lazımdır ki? Putin bunu açıq deyir Və bu, artıq indi zarafat deyil. Qarşı tərəf, yəni, Qərb də deyir ki, o silahdan bizdə də var: "Sizin nüvə silahınız var və sırf nüvə silahınız var deyə, istədiyiniz ölkəni  hədələyə, onu işğal etmənə icazə verməyəcəm". Bu, olduqca həssas mərhələdir.

Təbii ki, qərbliləri ən çox narahat edən məsələlərdən biri də rusların bu qədər əsgər müqabilində Şimali Koreyaya nə verdiyi və ya verəcəyidir. Bu, ona görə həm də vacibdir ki, Koreya yarımadasında bölgədəki mövcud tarazlığı pozacaq oyunu dəyişdirən bir addım atılacaqsa, yəni, savaş çıxacaqsa, bu dəfə Amerika və Qərb üçün əlavə cəbhə yaranacaq. Bütün bunlar isə bizim də hər an hər şeyə hazır olmağımızı şərtləndirir..."

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
47
50
mia.az

10Mənbələr