Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir.
Aznews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır", - diplomat vurğulayıb.