Dünyada qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatıb.
Publika.az xəbər verir ki, Nyu-York birjasında keçirilən hərraclarda "Arabica qəhvəsinin qiyməti bir funt üçün 3 dollara qədər yüksəlib.
Bu, 2011-ci ilin aprelindən bəri ən yüksək qiymətdir.
Qiymətlərin bahalaşmasının əsas səbəbinin Braziliyada məhsulun azalması olduğu bildirilir. Əsas məhsul istehsal edən ölkə quraqlıqdan əziyyət çəkir ki, bu da məhsula birbaşa təsir göstərir.