AZ

Zelenski: Ukrayna yanvarda ABŞ-dan sülh planı gözləyir

Ukrayna 2025-ci ilin yanvarında ABŞ-ın seçilmiş prezidenti Donald Trampdan sülh planı almağı gözləyir.

 

Ukrayna KİV-i xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Kiyevin təşviq etdiyi "Grain from Ukraine" (Ukraynadan taxıl) proqramına həsr olunmuş görüşdə deyib.

 

"Mən ABŞ-ın yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni bitirmək planımız olacaq", - Ukrayna lideri deyib.

 

Zelenski, həmçinin vurğulayıb ki, Trampla görüşü onun andiçmə mərasimindən sonra baş verəcək.

 

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Tramp dəfələrlə Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.

Seçilən
15
14
senzor.az

10Mənbələr