AZ

Kafkanın hekayəsinin əlyazması hərracda 286 min avroya satıldı

Frans Kafkanın “İlk kədər” hekayəsinin əlyazması və məktubu hərracda 286 min avroya satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Agentlik aydınlaşdırıb ki, Christian Hesse Auktionen hərrac evi tərəfindən satılan komplektdə hekayənin orijinal əlyazmasının beş səhifəsi, həmçinin 1922-ci ilə aid müşayiət məktubu olub.

"Frans Kafkanın ölümündən 100 il sonra yazıçının orijinal əlyazması və məktubu Hamburqda hərracda 286 min avroya satılıb", - DPA bildirib.

Hekayəni müşayiət edən məktubun onilliklər ərzində itdiyi düşünülürdü, lakin 1983-cü ildə məktubu alan Genius jurnalının redaktoru Hans Mardersteiqin ailəsi tərəfindən aşkar edilib.

DPA qeyd edir ki, əlyazmaların sahibi şəxsi kolleksiyaçı olub.

Bizim.Media

Seçilən
7
12
bizim.media

10Mənbələr