Yaponiyanın Honşu adasının şərq sahilinə yaxın bölgədə 5.1 bal gücündə zəlzələ baş verib.
Milli.Az "breakingthenews"a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin dərinliyi 45.7 kilometr olub və hadisə UTC vaxtı ilə 22:30-da baş verib.
İlkin olaraq, hər hansı bir itki və ya maddi ziyan barədə məlumat verilməyib və sunami xəbərdarlığı yayımlanmayıb.
Xəyal Abdullayev
Milli.Az