AZ

Azərbaycanlı məşhur borcunu ödəmək üçün SOYUNURMUŞ - O vəziyyətdə çəkilən şəkillərini... + FOTO

“Miss Azerbaijan – 2019” olduqdan sonra yaşadığım sevgi münasibəti həyatımda çevriliş oldu və bütün bunlar internetə yansıdı. Bu çox drama sevgi idi. Əslində bundan nə qədər qaçsamda yenə də içində oluram. Münasibətimin necə başlayıb və necə bitdiyini bilmirəm, çünki o zaman müalicə alırdım. Çox ağır və toksik bir münasibət idi. Bu gün səni sevirəm deyən insan sabah səni tanımaq istəmirdi. O mənimlə olan yerdə başqa xanıma baxırdısa o eqo məni o qədər əzə bilərdi ki, səhər mən onun gözünün önündə başqa bir bəylə rəqs edə bilərdim. Bu münasibətim bitdiyinə görə çox xoşbəxtəm. Bir gün səhər oyanıb anladım ki, bu münasibət biməlidir, çünki sağlamlığıma zərər verir”.

Titul.az olay-a istinadən xəbər verir ki, bu sözləri model Səmra Hüseynova qonaq olduğu “YouTube”da yayımlanan “AStar” layihəsində deyib.

Podium ulduzu bildirib ki, keçmiş sevgilisi onun anasını öldürmək istəyibmiş:

“Bu münasibət bir il çəkdi. Sevdiyim şəxs anasını itirmişdi. Onun anası sağ qalması üçün mən əlimdə fənərlə sahilə düşmüşdüm ki, Allaha məktub göndərəcəyəm ki, o yaşasın. O isə mənim anamı öldürmək istədi. Xəstələnmişdim, çəkim 35 kiloqrama düşmüşdü, heç kimi görmək istəmirdim. Bildiyiniz canlı skelet idim. Eqoma görə, onun mənim bu halda olduğumu görməsini istəmirdim. O insan məni görmək istəyəndə anam icazə vermədi. O da söylədi ki, siz kimsiniz. Səmranın atası da, anası da mənəm. Anam icazə verməyəndə o anamı vurdu. Elə vurdu ki, anam bundan ölə bilərdi. Bu fiziki zərbə idi. O anama əl qaldırdı. Həyatda mənə bunu başa saldı ki, kimin üçün canından keçərsəsə sənin canını ilk o alar”.Proqramın aparıcısı Ülvira Qarayevanın “Bir dəfə jurnalistlər anana zəng vurublar və sual veriblər ki, Səmranın soyunmağına və çılpaq fotolar çəkdirməsinə atası necə reaksiya verir?” Anan da cavab vermişdi ki, atası Səmranı dəstəkləyir və onunla fəxr edir” sözlərinə Səmra belə cavab verib:

“Bir gün atamı dənizkənarına apardım. O da gördü ki, hamı orada yarıçılpaqdır. İstər ailəli də, istər qardaşı bacısı da, kimin uşağı da, kimin arvadı da… Nə fərqi var? Bəli, biz dənizə getmişdik. Atam bunu görüb dedi ki, qızım səndə eyni şeyi edirsən də… Hansısa sanballı müğənni gəlsə jurnalistlər ona “Atan belə geyinməyə icazə verir?” sualını verə bilməzlər. Amma mənə o sualı verirlər. Atam tam dəstəkdir çünki görür ki, çox insanlar dənizdə yarıçılpaqdır”.

Uşaqikən anasının yüksək məbləğdə faizlə borc götürdüyünü deyən Hüseynova bildirib ki, həmin borcu ödəmək üçün çılpaq fotolarını şirkətlərin birinə satıb:

“Biz sələmlə böyümüşük. Anam bizi sələmlə oxudub. Anamın sələm aldığı məbləğ çox böyük idi. Anamın sələm aldığı insan ona bıçaq çəkmək istədi. O hadisə mənim yanımda oldu. Məndə 3 günün içində o pulu tapıb, ödədim. Çılpaq çəkilişlər edərək o pulu yığdım. Bəzi şirkətlər var ki, onlar sənin çılpaq görüntülərini alır və sənə yüksək məbləğdə pul verirlər. Çılpaq fotolarımın sonra yayılması vecimə deyil (ağlayır). O şəkilləri görə də bilərsiniz görməyə də… “Google”da yoxdur amma sosial şəbəkədə var. Atla olan çılpaq fotolarım yayılıb. O fotolara görə problemim olmayıb. Mən ona görə ağlayıram ki, o səhnəni unuda bilmirəm. Sizin gözünüzün önündə ananızı öldürmək istəsələr necə olarsınız? O bizə görə bunu edib. İnsan məcbur qalandar hər şeyə əl atır. Məndə etdim. Fotolarımı alan şirkətlər Türkiyə, Fransa, Gürcüstan, Rusiya. Amma Azərbaycana gəlirlər. Bizdə bununla məşğul olan şirkətlər var ki, onlar deyirlər ki, bu model bu cür fotolar çəkdirə bilər və bunu səndə edirsən. Azərbaycanda bunu edən yeganə mənəm”.

Aparıcının “Modellikdə eskort daha çoxdur nəyinki başqa sahələrdə. O qadınlara hamının tamahı düşür. Bu hallarla özün rastlaşmısan?” sualına Səmra belə reaksiya verib:“Mənə eskortluq etmək təklifləri olur amma mən edə bunu edə bilmirəm. Etmək istəmək istəyim olub amma etməmişəm. Edə bilmərəm də… Ruhumu sata bilmirəm. Ac kişinin bəlkə yanında köləsi ola bilərəm, çünki sevirəm. Amma sevmədiyim bir kişinin yanında pula görə qala bilmirəm. Bunu nə qədər istəmişəm amma edə bilməmişəm. İstəmişəm anama ev alım, atamın işini böyüdüm amma edə bilməmişəm. Valideynlərim də mənə bunu etməyimə icazə vermir. Atam deyim ki, çılpaq görüntün, səhvlərin olsun, içmisən eybi yox 40-50yaşında tövbə edərsən amma heç zaman ruhunu satma, çünki onu Allaha tövbə edə bilməyəcəksən. Ruhun satıldısa sən bitdin və tamamilə tükəndin. Bundan sonra sən hər şeyini satarsan. Düşünürəm ki, bu bacarıqdır. Hər qadın bunu edə bilməz”.

Seçilən
7
5
bizimshow.az

6Mənbələr