İnfarkt keçirən bir insan mütləq sinə ağrısı və narahatlıq hiss edə bilməz. Bu tip asemptomatik infarkt daha çox yaşlılarda, qadın cinsində və şəkərli diabet xəstələrində rast gəlinir.
E-saglam.az xəbər verir ki, heç bir əlamət göstərməyən infarktın bu formasına səssiz infarkt deyilir.
Bu tip infarktın 7 səssiz simptomunu aşağıdakı kimi sıralamaq olar:
- Səbəbi bilinməyən yorğunluq,
- təngnəfəslik,
- boyundan yuxarı nahiyəyə yayılan ağrılar,
- ürək yanması,
- mədə qıcqırması,
- qəfil soyuqlama və tərləmə,
- depressiv əhval-ruhiyyə kimi özünü göstərə bilər.
Bu xəstələr adətən həkim müayinəsi zamanı təsadüfən infarkt keçirdiklərini öyrənirlər.
Tərcümə: Könül Oruc
E-saglam.az