Böyük Britaniya monarxlarının əsas iqamətgahı olan Bukingem sarayı binanın təmiri planlaşdırıldığı üçün dekabrdan 2027-ci ilə qədər bağlanacaq.
EDnews xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, təmirin dəyəri təxminən 462 milyon dollara çatacaq. Təmir zamanı dövlət tədbirləri Vindzor qəsrində keçiriləcək.
Qeyd olunur ki, üstəlik, təmirdən sonra Böyük Britaniya kralı III Çarlz saraya köçməyəcək, Londondakı digər iqamətgahı "Klarens Haus"da yaşamağa davam edəcək.