AZ

Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb

Azərbaycan cüdoçuları Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar...

Poliqon xəbər verir ki, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medala sahib çıxıblar.

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yerdə qərarlaşıb.

Poliqon.info 

Seçilən
7
26
poliqon.info

10Mənbələr