Cüdoçularımız Avropa Kubokunda 4 medal qazandı
Azərbaycan cüdoçuları Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Yeniavaz.com Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medal qazanıblar.