Amerikanın “General Motors” konserninin yeni komandası “Cadillac F-1” adlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. İki gün əvvəl Almaniyanın “Auto Motor und Sport” nəşri GM-in dəstəklədiyi komandanın 2026-cı ildə Formula 1-ə qatılmasının şərtlərindən biri kimi, adında “Andretti”dən istifadə etməkdən imtina olduğunu yazmışdı. Bu şərtlərin qəbul edilməsinə baxmayaraq, “Cadillac F-1” Andrettinin Britaniyada yeni bazasından istifadə edəcək.
“General Motors” 2028-ci ilə qədər öz güc qurğusu blokunu yaratmağı da öhdəsinə götürür. İlk iki mövsümdə komanda mövcud motor təchizatçılarından biri ilə əməkdaşlıq edəcək. Formula 1 çempionatında iştirak üçün GM-in üzvlük haqqı 200 milyondan 600 milyon dollara qədər olacaq. Gələn həftə Formula 1-ə yeni komandanın gəlişi ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta