“Azərbaycanda çap edilən kitabların tirajı böyük deyil. Yəni yazıçıların bu kitabların satışı ilə dolanmaq imkanı yoxdur. Belə bir şəraitdə yazçılar dövlət tərəfindən dəstəklənməlidir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. Sabir Rüstəmxanlı qeyd edib ki, belə bir dəstək ədəbiyyatın inkişafı üçün də əlverişli mühit formalaşdıra bilər:
“Hesab edirəm ki, seçilən müəlliflərə, əsərlərə müəyyən qonarar verilməlidir. Bu olmayanda ədəbiyyatın inkişafı üçün gərəkli mühit yaranmır”.
Seymur ƏLİYEV