AZ

Ukrayna Kurskda ələ keçirdiyi torpaqların 40 faizindən çoxunu itirdi...

Image

Son məlumatlara görə, Rusiya Ukraynanın avqustun 6-da sərhədi keçərək Kursk bölgəsində ələ keçirdiyi torpaqların 40 faizini geri alıb. Bu barədə Ukrayna mətbuat yüksək rütbəli Ukrayna hərbi rəsmisinə istinadən məlumat yayıb.

Ukrayna Baş Qərargahındakı mənbə bildirir ki, Kiyev qüvvələri Kurska daxil olduqdan və sürətlə irəlilədikdən sonra Rusiya Kursk bölgəsinə təxminən 59 min əsgər yerləşdirib. 

"Biz Kurskda təxminən 1376 kvadrat kilometr əraziyə nəzarət edirdik, bu ərazi indi təbii ki, daha kiçikdir. Düşmən əks-hücumlarını artırır", - hərbi mənbə deyib.

Baş Qərargahdakı mənbə bildirib ki, Ukrayna ordusu hazırda Kurskda təqribən 800 kvadrat kilometr əraziyə nəzarət edir və bu ərazini hərbi baxımdan uyğun olduğu müddətcə əlində saxlayacaq.

Qeyd edək ki, Kursk hücumu, İkinci Dünya Müharibəsindən sonra xarici bir dövlət tərəfindən Rusiyaya ərazisinə ilk hücum idi. Kurska hücumu ilə Kiyev Rusiyanın Ukraynanın şərqində və şimal-şərqində hücumlarını dayandırmaq, Rusiyanı şərqdə irəliləyən qüvvələrini tədricən geri çəkməyə məcbur etmək və gələcəkdə sülh danışıqlarında əlavə təsir imkanları əldə etməyi hədəfləyirdi. 

TAHİR





Seçilən
24
baki-xeber.com

1Mənbələr