AZ

Bu ölkədə təhlükəsizlik qüvvələri səfirliyi mühasirəyə aldı

Venesuela təhlükəsizlik qüvvələrinin silahlı zabitləri Argentinanın Karakasdakı səfirliyini mühasirəyə alıb. 

"Unikal" CNN-ə istinadən xəbər verir ki, iyulda keçirilməsi planlaşdırılan prezident seçkiləri öncəsi Venesuela hakimiyyətindən xilas olmaq üçün ora sığınan müxalifətin altı nümayəndəsi hazırda səfirlikdədir.

Mart ayından səfirlikdə olan və müxalifət lideri Mariya Korina Maçadonun beynəlxalq koordinatoru olan Pedro Uruchurtu şənbə günü "X" hesabında yazıb ki, milli polisin silahlı zabitləri səfirliyin ətrafındakı küçələri bağlayıblar.

Venesuelada keçirilən prezident seçkilərinin nəticələrinə görə, ölkənin hazırkı lideri Nikolas Maduro qalib gəlsə də, müxalifət öz qələbəsini və seçkilərin nəticələrinin saxtalaşdırıldığını elan edib. 

ABŞ Venesuela müxalifətini dəstəkləyib.

Bu ilin sentyabrında Argentina Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsindən Nikolas Maduro və digər yüksək rütbəli hökumət rəsmilərinin iyul seçkilərindən sonra baş vermiş hadisələrlə bağlı həbsinə order verilməsini xahiş etmişdi.

Ağarza Elçinoğlu 

Seçilən
12
50
unikal.az

10Mənbələr