AZ

"Mənim adımı xatırlayanda vücudunuz titrəməyə başlayır"

UFC yüngül çəki divizionunun məğlubedilməz döyüşçüsü Umar Nurməhəmmədov hazırkı UFC çempionu Merab Dvalişvili haqda maraqlı fikirlər səsləndirib.

Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, rusiyalı idmançı sosial şəbəkə hesabında bunları yazıb:

“Mən sənin qorxduğun adamam. Mənim adımı xatırlayanda vücudunuz titrəməyə başlayır. Ürəyiniz daha tez döyünür".

Qeyd edək ki, Dvalişvili 2024-cü ilin sentyabrında yekdil qərarla amerikalı Şon Mellini məğlub edərək titul qazanıb.

Seçilən
10
2
olke.az

3Mənbələr