AZ

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

İsrail Müdafiə Qüvvələri bu gün səhər saatlarında Livanın cənubunda Livan ordusunun nəzarət-buraxılış məntəqəsinə zərbə endirməsi, nəticədə bir əsgərin ölümü və 18 nəfərin yaralanmasına görə üzr istəyir.

Axar.az xəbər verir ki, bu barədə ÇAXAL açıqlama yayıb.

Bildirilib ki, hadisə Hizbullah terror təşkilatına qarşı döyüşlərin davam etdiyi bölgədə baş verib:

“İsrail Müdafiə Qüvvələri hadisədən təəssüflənir və Livan ordusuna qarşı deyil, Hizbullah terror təşkilatına qarşı mübarizə apardığını açıqlayır”.

Seçilən
27
axar.az

1Mənbələr