1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.
Oxu.Az xəbər verir ki, 4 nömrəli xəstəxananın baş həkimi vəzifəsinə Bahadır Mahmudov təyin olunub.
STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.
Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

