AZ

İpdən istifadə edərək arıqlamaq olar...

Fitnes mütəxəssisi İrina Rotaç iplə tullanaraq arıqlamağın yolunu göstərib.

SİA-nın məlumatına görə, onun sözlərini “Men Today” nəşri sitat gətirir.

Məşqçi deyirki, iplə 100 dəfə tullanmaq lazımdır, çünki o, 80 kaloriyə qədər yandırır. O qeyd edibki, iplə tullanma çəki idarə etmək üçün əlavə faydaları olan kardio məşqdir.

Qeyd olunur ki, bu cür məşqlər çevikliyi artırır, bütün bədəni məşq edir, ayaqları və topuqları gücləndirir, həmçinin sümükləri gücləndirir.

Məşq edərkən belinizin düz qalmasını və ipin dirsəklərinizin deyil, əllərinizin hərəkətindən istifadə edərək dönməsini təmin etməlisiniz.

Nəticədə, bir ay ərzində bu cür məşqləri düzgün həyat tərzi ilə birləşdirərək, beş kiloqrama qədər çəki itirə bilərsiniz.

Daha əvvəl fitnes məşqçisi və pauerliftinq üzrə Rusiya çempionatının qalibi Mixail Prıqunov yağ yandıran və ürəyi məşq edən məşq adlandırmışdı. Onun sözlərinə görə, bu, iplə tullanmadır.

Nazlı Almuradova

Seçilən
43
sia.az

1Mənbələr