ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası Vudro Vilsonun prezidentliyindən bəri ABŞ-da ən ermənipərəst administrasiya olacaq.
Axar.az xəbər verir ki, bu sözləri din xadimi Coel Tenni sosial şəbəkə hesabında yazıb.
“Biz artıq Azərbaycan və Türkiyənin terror idarəçiliyinə dözməyəcəyik. Mən, Ayova ştatının qubernatoru Kim Reynolds 24 aprel 2024-cü il tarixini Ermənistanın məlumatlandırılması günü elan edirəm”, - Tenni bildirib.
Qeyd edək ki, Donald Trampın Yevangelist Kilsəsinin üzvü Coel Tennini Ermənistan üzrə xüsusi təmsilçi təyin edəcəyi haqda məlumat yayılıb.