AZ

Səfir: “İrəvanla Bakı arasında kompromislərə nail olmaq çətindir”

“Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “İzvestiya”-ya müsahibəsində bildirib.

“Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün “acı dad” vermədən bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, SSRİ-nin dağılmasından sonrakı  hadisələri nəzərə alsaq, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq çətin və vaxt aparan prosesdir. 

Rəsmi Moskva hər zaman Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun ruhuna  uyğun olaraq ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımıza yardım göstərməyə hazırdır. Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidirlər. 

Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar baş tutub. Bu, münasibətlərin normallaşdırılması üzrə dialoqa faydalı təkan verməyə imkan verib”,- deyə səfir bildirib.

Seçilən
7
2
cebheinfo.az

10Mənbələr