AZ

Minlərlə meymun üçün bayram süfrələri açıldı

Tailandın Lopburi şəhərinin sakinləri burada yaşayan uzunquyruqlu makakalar üçün bol meyvə və şirniyyatdan ibarət bayram süfrələri açıblar.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin tarixi hissəsində minlərlə meymun məskunlaşıb.

Meymun ziyafətinin tarixi ən azı XIII əsrə gedib çatır. Son 25 ildir ki, hər il noyabr ayının son bazar günü Lopburidə keçirilən festivalın təşkilatçıları masaların üzərinə boşqablarda meyvə, tərəvəz və qənnadı məmulatları düzürlər.

Meymunlar əvvəlcə şirniyyatları götürüb masadan qaçır, lakin öyrəşdikdən sonra bütün pəncələri ilə yeməyin üstünə atılırlar.

Primatlar təkcə Lopburinin sakinləri deyil, onlar bütün vilayətin simvoludur. Bu, hind mifologiyası və "Ramayana" dastanı ilə bağlıdır.Oxu.az

 

Seçilən
10
4
bakivaxti.az

6Mənbələr