Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə neft ixracnı ildə 20 milyon tona qədər artırmağı nəzərdən keçirir. Reuters verdiyi məlumata görə bu barədə həmin ölkənin energetika naziri Almasadam Satkaliyev bildirib.
2024-cü ilin yanvar-oktyabrında BTC vasitəsilə tranzit neftin nəqli illik müqayisədə 4,270 milyon tondan 4,475 milyon tona qədər artıb.
Cəmi isə bu kəmərlə bu ilin ilk 10 ayında 25,2 milyon ton neft ixrac edilib. Keçən ilin eyni dövründə bu göstərici 24,2 milyon ton olub. Bu cəmi ixracın 75,3%-i təşkil edir.
Bu ilin ilk 10 ayında Azərbaycan neft kəmərləri ilə 32,1 milyon ton neft nəql edilib.
Nefti Aralıq dənizinin sahilində yerləşən Türkiyənin Ceyhan limanına çatdıraraq tanker partiyaları ilə ixrac edən BTC boru kəmərinin ümumi uzunluğu 1.768 kilometr təşkil edir.
Boru kəmərinin gücü gündə 1,2 milyon barrel neft ixrac etməyə imkan verir. BTC-nin layihə gücü neft ixracını gündə 2,2 milyon barrelə qədər artırmağa imkan verir.
N.Təbrizli
www.anews.az