AZ

Cüdo: Millimiz Salonikidə birinci oldu

Noyabrın 23-də və 24-də Yunanistanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçirilib.

Arena.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayıblar.

İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 20 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) bütün bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Fəxri Sahibzadə (66 kq) gümüş medalla kifayətlənib. Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) isə bürünc medal qazanıblar.

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci olublarsa, Emil Hüseynli (55 kq) isə 7-ci yeri tutub.

Turnirin ikinci günündə Azərbaycan cüdoçuları daha 4 medal medal əldə ediblər. Sübhan Axundov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu tituluna sahib çıxıb. Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Tunar Fərzəliyev (+90 kq) isə bürünc medal ilə kifayətləniblər.

Beləliklə, Azərbaycan yığması Salonikidəki Avropa Kubokunu 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.

Bu nəticə ilə ölkəmiz medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutub.

Xatırladaq ki, cüdoçularımıza yeniyetmələrdən ibarət milli komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İsgəndərov rəhbərlik ediblər.

Seçilən
30
5
arena.az

6Mənbələr