AZ

Moskva İrəvanla Bakıya sülh müqaviləsi üçün yardım etməyə hazırdır - Səfir

Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır.

Modern.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “İzvestiya”ya müsahibəsində bildirib.

“Region üçün taleyüklü olan sülh müqaviləsinin tərəflərdən heç biri üçün “acı dad” vermədən bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq, SSRİ-nin dağılmasından sonrakı hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir. Moskva hər zaman Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun ruhuna uyğun olaraq ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımıza yardım göstərməyə hazırdır. Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidirlər. Bu baxımdan, biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİCS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar baş verdi. Bu da münasibətlərin normallaşdırılması üzrə dialoqa faydalı təkan verməyə imkan yaratdı”, - səfir deyib.

Seçilən
13
11
modern.az

10Mənbələr