AZ

İsrail HƏMAS-ın qərargah rəisinin öldürüldüyünü açıqladı

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın Mərkəzi Cəbəliyyə Batalyonunun baş qərargah rəisi Əhməd Əbd Həlim Əbu Hüseynin öldürüldüyünü açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Əhməd Əbd Həlim Əbu Hüseyn İsrail ərazisinə edilən çoxsaylı hücumlara görə məsuliyyət daşıyıb.

Bildirilir ki, hücum zamanı daha bir neçə HƏMAS üzvü, o cümlədən 7 oktyabr 2023-cü ildə İsrailə hücumda iştirak edən Məhəmməd Əbdürrəhman Mahmud Zakut öldürülüb.
Seçilən
18
1
sherg.az

9Mənbələr