AZ

Naxçıvanın 100 illik yubileyinə həsr olunan kikboksinq birinciliyi keçirilib

Naxçıvanın 100 illik yubileyinə həsr olunan kikboksinq üzrə yeniyetmə və gənclər arasında muxtar respublika birinciliyi keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan yarışda iki yaş qrupu üzrə 70-dən çox idmançı mübarizə aparıb.

Açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxışlardan sonra ölkə və beynəlxalq arenalarda uğurlu nəticələr qazanan idmançılar – dünya və Avropa çempionu Röya Abdullayeva, Avropa üçüncüsü, Dünya Kubokunun ikincisi İnci Allahverdiyeva, Avropa üçüncüsü Fidan Paşayeva, beynəlxalq turnirlərin qalibləri Ravil Alməmmədov və Hüseyn Həsənov diplomla təltif olunublar.

Gərgin və maraqlı idman mübarizəsində keçən yarışda Aminə Novruzzadə, Zenfira Məmmədli, Nurəli Əsgərov, Ravil Alməmmədov, Uğur Əliyev, Polad İsmayılov, Əli Hüseynov, Nihat Əzizov, Əli Hüseynov, Əsgər Heydərov, Ramazan Babayev, Sinan Kazımov, Rəvan Alməmmədov, İsmayıl Hüseynzadə, Məhəmməd Əsgərov, Məmməd Qənbərli, Tural Səfərli, Tamerlan Quliyev, Nurəddin Əliyev müxtəlif çəki və yaş kateqoriyalarında birinci olublar.

İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Seçilən
15
1
far.az

2Mənbələr