AZ

Azərbaycanda 14 yaşında ikinci dəfə hamilə qalan qızın ACI HEKAYƏSİ

Azərbaycanda 14 yaşlı qız ikinci dəfə hamilə qalıb.   Manset.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı səhifəsi sosial şəbəkələrdə məlumat paylaşıb. Paylaşımda deyilir ki, adı çəkilməyən rayon kəndlərindən birində 12 yaşı tamam olmamış qızı anasının razılığı ilə xalası oğluna ərə verilir. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır:

"Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub. Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır. Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir. Lakin dərdi bununla bitmir – doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır. Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir. 14 yaşında artıq ikinci dəfə ana olur. Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilir. Yaşadıqları ağır şərtlər və qeyri-insani təzyiqlər onu həyatdan daha çox küsdürür. Keçən ildən ərindən qeyri-rəsmi olaraq ayrı yaşamağa başlayıb, lakin rəsmi nikahları hələ də qüvvədədir. Çünki 18 yaşı tamam olduqda onu nikaha məcbur ediblər. Əri ondan 10 yaş böyük idi, lakin anası yenə də qızını qorumaq əvəzinə bu izdivaca razılıq verib. Bu acı dolu həyat hekayəsi, təəssüf ki, hələ də davam edir. Qız uşaqlığını itirmiş, amma nə uşaq ola bilmiş, nə də insan kimi yaşamağın nə olduğunu hiss edə bilmişdir".

Seçilən
12
29
manset.az

10Mənbələr