12 yaşına çatmamış məcburi ərə verilən qızın hazırda 23 yaşı var. Oxu.Az-ın əldə etdiyi məlumata görə cənub zonasından olan həmin xanımın 14 yaşında ikinci hamiləlikdən dünyaya gətirdiyi oğlu isə doqquz yaşındadır.
Anasından fərqli olaraq oğlu məktəbə gedir. Çünki anası onun təhsilsiz olmasını istəmir.
Onu da öyrəndik ki, 11 yaşında ərə gedən xanımın hazırda heç bir sənəti və bacarığı yoxdur. Anası onu zorla öz bacısı oğluna ərə verib. Həmçinin anası öz qızını boşanmaq fikrinə düşdüyü üçün bacısı ilə düşmən etməkdə də ittiham edib. Boşanma məsələsində isə son qərar qəbul edilməyib. Qız boşanmaq istəsə də, məsələ açıq formada qalıb. Xanım hazırda övladı ilə birlikdə Bakıda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindədir.