AZ

Ukraynanın raket hücumlarında rus general və 500 koreyalı əsgər ölüb - ABŞ KİV

Ukraynanın ötən həftə Britaniyanın “Storm Shadow” raketləri ilə Kursk bölgəsinə həyata keçirdiyi hücumlar itkisiz ötüşməyib.

Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ-nin “Global Defense Corp” nəşri məlumat yayıb.

Putinin komanda mərkəzini və yeraltı bazasını hədəf alan hücum zamanı bir rus general və təxminən 500 şimali koreyalı əsgərin öldüyü iddia edilir.

Hücumda rusiyalı general-mayor Valeri Solodçuk və Putinə sadiq 18 zabitin öldüyü, 18 zabitin isə yaralandığı bildirilib.

Nəşr həmçinin Kim Çen Inın generallarından birinin yaralandığı da yazıb.

İddiaları hələlik Rusiya və Şimali Koreya təsdiqləməyib.

Billurə Yunus


 

Seçilən
22
olke.az

1Mənbələr