AZ

Şimali Koreya Rusiya üçün ballistik raket zavodunu genişləndirir - "Reuters"

Şimali Koreya qısa mənzilli ballistik raketləri yığan əsas silah istehsalı kompleksini genişləndirir. Pxenyan bu raketləri Moskvaya ötürür. Missiya.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb."11 Fevral zavodu" kimi tanınan obyekt Şimali Koreyanın ikinci ən böyük şəhəri olan, ölkənin şərq sahilində yerləşən Hamhunqdakı "Renson" mühəndislik kompleksinin bir hissəsidir. Montereydəki "Middlebury" Beynəlxalq Tədqiqatlar İnstitutunun Ceyms Martin adına Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzinin elmi işçisi Sam Lair, zavodun "Hwasong-11" sinifli bərk yanacaqlı ballistik raketlər istehsal edən yeganə məlum obyekt olduğunu deyib.Zərintac MayisqızıMissiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr