AZ

Vətəndaşlar internetin kefiyyətindən narazıdır - Deputat

Vətəndaşlar internet üçün ödədiyi məbləğə görə kefiyyətli xidmət ala bilməməsindən narazıdırlar. Bunu deputat Naqif Həmzəyev deyib.  
 
"İnternetin sürəti və qiyməti qalxıb. Vətəndaşları narahat edən ödənilən məbləğlə xidmət arasında fərq var. Provayderlərin texniki imkanların artırılmasına ehtiyac var", - deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 
Deputat həmçinin regionalarda idman müəssisələrinin sayının artırılmasını təklif edib. 
 
Naqif Həmzəyev çıxışında Gəncədə növbəti il üçün ən azı bir bağça və məktəb tikilməsini də təklif edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
17
anews.az

1Mənbələr