Xarici işlər naziri Hakan Fidan Ankarada NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.
Qaziler.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin X sosial media hesabında edilən paylaşımda nazir Hakan Fidanın Türkiyənin paytaxtında Rutte ilə görüşdüyü bildirilib.
Xatırladaq ki, NATO Baş katibi NATO-nun baş katibi Mark Rutte 25 noyabr 2024 tarxində rəsmi görüşlər üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.
Görüşlərdə Ukraynadakı müharibənin yayılma təhlükəsi, NATO-nun gücləndirilməsi, müdafiə sahəsində əməkdaşlıq, Türkiyənin terrorla mübarizəsi, Suriyanın və İraqın şimalındakı son vəziyyət, habelə Egey və Şərqi Aralıq dənizindəki inkişaflar da müzakirə edilməsi gözlənilən mövzular arasındadır.
QAZİLER.AZ


