AZ

“Sabah” klubunun yeni baş məşqçisi məlum olub

Bakı. Trend:

“Sabah” komandasında yeni baş məşqçi təyinatı gerçəkləşib.

Klubdan Trend-ə verilənməlumata görə, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illikmüqavilə bağlanıb. O, Bakı təmsilçisinin sükanı arxasında KrunoslavRenduliçi əvəzləyib.

Qeyd edək ki, gənc mütəxəssis daha öncə Niderlandın “Vitess”(2018-2019), Rusiyanın MOİK (2020-2021, 2022), “Krasnodar”(2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarındaköməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubundaidman koordinatoru olub (2020).

V.Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKAklublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101oyun keçirib (5 qol).

Məqalədə:
Seçilən
22
38
az.trend.az

10Mənbələr