Bakıda kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyinə start verilib.
90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparıblar.
İdmançılar çoxnövçülük proqramında bacarıqlarını nümayiş etdiriblər. Qalib gələn gimnastlara medallarla yanaşı, diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, ölkə çempionatına noyabrın 26-da yekun vurulacaq. Son yarış günündə idmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar və turnik üzrə proqramlarda qüvvələrini sınayacaqlar.