AZ

Rövşən Nəcəfin inkişaf strategiyası niyə yubanır? - ŞOK DETALLAR!

AFFA-nın yeni strategiya üçün müraciət etdiyi Belçikanın “Double Pass” və “McKinsey & Company” şirkətləri ilə danışıqlar dayandırıla bilər.

Bu barədə federasiyadan redaksiyamıza məlumat verilib.

Buna səbəb əcnəbi şirkətin əməkdaşlıqdan imtina etmək istəyinə düşməsidir.

Bir müddət əvvəl ölkəmizdə səfərdə olan belçikalılar mövcüd infrastrukturla yerində tanış olub.

Gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

Gördüklərindən və federasiya rəhbərliyinin istəklərindən məmnun qalmayan qonaqlar əməkdaşlıqda maraqlı olmadıqlarını bildiriblər.

Ölkəmizdə perspektiv görməyən məşhur şirkətlər öz nüfuzlarını təhlükə altına atmaqda risk etmək istəmirlər.

AFFA-nın yeni strategi ilə bağlı yubanmasının kökündə duran əsas problem də məhz budur.

Çarəsiz duruma düşən rəsmilər müxtəlif vasitələrlə adıçəkilən şirkətləri fikrindən daşındırmağa, əməkdaşlığı davam etdirməyə çalışır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

SPORTİNFO.AZ

Seçilən
24
sportinfo.az

1Mənbələr