AZ

Kimpembe 638 gündən sonra PSJ-nin heyətinə qayıdır

PSJ klubu Çempionlar Liqasında "Bavariya" ilə matçın heyətini açıqlayıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, parislilərin müdafiəçisi Presnel Kimpembe sözügedən matçın oyunçular siyahısında yer alıb.

Kimpembe sonuncu dəfə 638 gün əvvəl yaşıl meydana çıxıb.

2023-cü il fevralın 26-sı idi, PSJ “Marsel”lə qarşılaşırdı. Həmin oyunda Kimpembe dizindən ciddi zədə almışdı. Fransız jurnalistlərin fikrincə, Kimpembenin "Bavariya" ilə oyunda iştirak ehtimalı minimaldır - 29 yaşlı müdafiəçinin optimal vəziyyətə düşməsi üçün hələ vaxt lazımdır.

Seçilən
37
90deqiqe.az

1Mənbələr