AZ

Qazaxıstanda güclü zəlzələ oldu

Qazaxıstanın Jetısu vilayətində 5,3 bal gücündə zəlzələ olub. 

"Unikal" xəbər verir ki, zəlzələ Astana vaxtı ilə saat 23.45-də ( Bakı vaxtı ilə 22:45) baş verib. Zəlzələnin episentri Almatıdan 257 km şimal-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Ətraf ərazilərdə hiss olunan zəlzələnin maqnitudası:

Almatı 2 xal,
Jarkent 3 xal,
Chundzha 4 xal,
Tekeli 3 xal,
Qırğızsay 2 xal,
Karabulak 2 xal,
Jansugyrov 2 xal,
Kokpek 2 xal,
Sərkənd 2 xal,
Taldıkorqan 2 xal.

Seçilən
17
19
unikal.az

10Mənbələr