AZ

Günün qoroskopu: Uzaq yoldan və ağır fiziki işdən imtina edin

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - işlərinizə ciddi hazırlaşsanız, yaradıcı planlarınızı reallaşdıra bilərsiniz. İnformasiya, yaxud zəruri avadanlıq, alət, material çatışmazlığı hiss oluna bilər. Belə situasiyanın yaranmaması üçün tədbirli davranın.

Günün ikinci yarısında uzunmüddətli səfər və ya riskli layihə planlaşdırmayın. Emosiyalara yox, məntiqə əsaslanaraq hərəkət edin.

Ünsiyyətdə səmimi, qayğıkeş olun. Axşam saatlarına yaxın münasibətləri aydınlaşdırmağa çalışmayın. Təşəxxüslü, xudpəsənd olmayın. Yarana biləcək münaqişənin qarşısını alın.

Buğa - unutmayın ki, ən pis sülh ən yaxşı münaqişədən yaxşıdır. Konfliktli vəziyyət yaratmayın. Asılı olduğunuz insan və ya yaşlılarla mübahisələr etməyin. Sözlərinizi yumor hissi ilə qəbul etməyən insanla zarafata yol verməyin.

Uzaq yoldan və ağır fiziki işdən imtina edin.

Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə harmoniyaya nail olun. Qayğıkeş davranın, məsləhətlərə qulaq asın. Yaxın gələcəklə bağlı planlar qurun.

Axşam saatlarını istirahətə həsr edin.

Əkizlər - çoxdan diqqət tələb edən situasiyanı nizamlamaq olar. Bütün çətinliklərə rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın. Alış-verişə çox pul xərcləməyin. Təmir və ya köç üçün əlverişli zamandır.

Günün ikinci yarısında maliyyə durumunuza fikir verin. Vəsaitə qənaət etməyə çalışın.

Yaxınlarınız sizi məişət problemləri və qayğılarla narahat edəcəklər. Münaqişələrdən birdəfəlik qurtulmaq mümkün deyil. Səhvləri vaxtında anlasanız, onların fəsadlarını azaltmaq olar. Təcili həllini tələb edən məsələlər var.

Xərçəng - günün ilk yarısında əhvalınızda kəskin dəyişikliklər ola bilər. Emosionallıq və aqressivlik ünsiyyətdə ciddi problemlər yaradacaq. Həddən artıq hissiyatlı davranış sizi illüziyaların əsiri etməsin. İfrat rasionallıq da zərərlidir.

Günün ikinci yarısında bahalı əşyalar almayın. İtkilərə yol verməmək üçün anlaşma, sövdələşmə və maliyyə əməliyyatlarını ertələyin.

Şəxsi həyatda emosiyalara rəğmən yaxınlarınız sizi dəstəkləyəcək, yardım edəcəklər. Axşam saatlarında bir qədər müstəqil qalın.

Lakin istənilən halda noutbuk və ya mobil telefon yaxşı "həmsöhbət" deyil.

Şir - günün ilk yarısında həddən artıq enerji hiperaktivliyə səbəb olmamalıdır. Ehtiyatlı olun, yaxın ətrafınızdakı insanların fikir və niyyətlərini anlamağa çalışın. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.

Günün ikinci yarısında işlərdə ciddi maneələr yarana bilər. Ən mühüm işləri ertələməyin.

Mübahisələrdə nəyin bahasına olursa-olsun, qalib gəlməyə çalışmayın. Ailə üzvləri ilə təmaslarda təmkinli olun. Ailədə sakitlik önəmli məsələdir.

Hisslərinizə nəzarət edin.

Qız - günün ilk yarısındakı olaylar sizdən kommunikativ olmağı, bacarıqlarınızı nümayiş etdirməyi tələb edir. Məktub və sənədləri qaydaya salın. Yeni məlumatlar əldə edərək mövqelərinizi möhkəmləndirin. Qərarların qəbul sürətini artırın.

Günün ikinci yarısında çalışdığınız sahədə, gördüyünüz işdə böyük səhvə yol verməmək üçün sayıqlığı əldən verməyin.

Planlarınız və ya arzularınızı yaxınlarınızla bölüşmək istəyiniz normal anlaşılmaya bilər. Sükut məsləhətdir.

Seçilən
5
1
publika.az

2Mənbələr