AZ

Vladimir Putin noyabrın 27-də Qazaxıstana rəsmi səfər edəcək

Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Qazaxıstana dövlət səfəri edəcək. Bu barədə Akorda məlumat yayıb.

Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq. Dövlət başçıları Qazaxıstan və Rusiya arasında XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər.

Noyabrın 28-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası keçiriləcək. İştirakçı ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.

Oxuməni.az

Seçilən
26
41
oxumeni.az

10Mənbələr