AZ

Pakistanda toqquşmalar: Paytaxta qoşun yeridildi

Pakistan rəhbərliyi təhlükəsizlik qüvvələrinə təxribatçılar və asayişi pozanlara qarşı sərt tədbirlər görməyi, o cümlədən iğtişaş törədənlərin yerində güllələnməsini əmr edib.

Teleqraf.com xəbər verir ki, Pakistan Daxili İşlər Nazirliyi müxalifət partiyası “Təhrik-i-İnsaf” tərəfdarlarının rəhbərlik etdiyi etirazçılarla polisin ilk toqquşmalarından sonra paytaxt İslamabadda ordu bölmələrinin yerləşdirilməsi barədə açıqlama verib.

Həbsdə olan keçmiş baş nazir İmran Xan tərəfindən təsis edilmiş “Təhrik-i-İnsaf” Partiyası noyabrın 24-də ölkə miqyasında etiraz aksiyaları başladıb. Aksiyaların məqsədi hakimiyyəti parlament seçkilərinin nəticələrini yenidən nəzərdən keçirməyə və siyasi məhbusları, o cümlədən İmran Xanı azad etməyə məcbur etməkdir.


Müəllif: Qənirə Süleymanova
Seçilən
13
teleqraf.com

1Mənbələr