AZ

Azərbaycanlı hakim UEFA-nın oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək "Ferensvaroş" (Macarıstan) - "Malmö" (İsveç) oyununun baş hakimi olacaq. 

Milli.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən "Ferentsvaroş" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Milli.Az

Seçilən
10
33
milli.az

10Mənbələr